28/05/2019
18:00
2584
| A A A
Emeri: "Bizi Bakıda yerli azarkeşlər də dəstəkləyəcək"

Avropa Liqasının finalında İngiltərənin Arsenal və Chelsea klubları qarşılaşacaq.

Goal.az xəbər verir ki, Arsenal klubunun baş məşqçisi Unay Emeri oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Dördüncü dəfə Avropa Liqasını qazana bilərsiniz? Bu barədə nə düşünürsünüz?

-Mən indi özümü yaxşı hiss edirəm. Bizim üçün gözəl fürsətdir. Bunu dəyərləndirməyə çalışacağıq. Tək özümü düşünmürəm, biz komandayıq, uğur hamımızındır. Həm qalib gəlmək, həm də məğlub olmaq olar. Qalib gəlmək lazımdır, bu olsa, bizim üçün yaxşı olacaq. Kuboku qazansaq, özümüzlə fəxr edə bilərik. Biz mövsümə pis başladıq, yaxşı tamamlayıb, Çempionlar Liqasına yollana bilərik. 

- Petr Çexin Arsenal-da son oyunudur. Əsas heyətdə yer alacaq ya ehtiyatda? Karyerasını davma etdirəcəyi barədə sizinlə danışıb?

- Bizim üçün hazırda əsas final oyunudur. Chelsea ilə oyunu düşünürük. Bu oyundan azarkeşlərimiz zövq alsın, növbəti titulumuzu qazanaq istəyirik. Çex əla insan, peşəkar oyunçudur. Bizimlə sabah son oyunudur. Karyerasını bitirəcək.

- Arsenal Avrokuboklarda böyük uğur qazanmayıb. Bu baxımdan sizin üzərinizdə böyük məsuliyyət düşür... 

- Bu oyunun bizim üçün nə qədər vacib olduğunu bilirik. Oyunçular üzərində böyük məsuliyyət var. Hədəfimiz qalib gəlməkdir. Böyük bir komanda ilə qarşılaşacağıq. Ümid edirəm ki, növbəti mövsümdə Çempionlar Liqasında mübarizə apararıq. Arsenal tarixi olan böyük klubdur. Arsen Vengerin klub üçün böyük xidmətləri olub. O kluba futbol mədəniyyətini gətirib. Biz onun yolunu uğurla davam etdirməyə çalışırıq. 

- Chelsea ilə müqayisədə sizin üçün qələbə daha vacibdir. Bu sizə əlavə gərginlik vermir?

- Chelsea üçün də eyni dərəcədə əhəmiyyətlidir qələbə. Hər titul hər komanda üçün vacibdir. Chelsea-dən yeganə fərqimiz bizim qələbə qazanacağımız halda ÇL-ya yollanmağımızdır.

- Biletlərin bir qismi geri qaytarıldı, daha az azarkeşiniz oyunda iştirak edəcək. Bu çıxışınıza necə təsir edəcək?

- Mən Tbilisidə final oynamışam. Oxşar situasiya ilə orada da üzləşmişdik. UEFA-nın finalı Bakıda keçirməsi qərarına hörmətlə yanaşıram. Bizi burda dəstəkləyən yerli azarkeşlər də olacaq. Eyni zamanda Chelsea-ni. Mən də daha çox azarkeşimizin oyunda olmasını istərdim. Bu möhtəşəm stadionun azarkeşlə dolu olacağına inanıram.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34155 səs