28/05/2019
19:45
2406
| A A A
"Finalı harda oynamağın fərqi yoxdur" - Qranit Caka

“Mxityaranın Bakıda olmamasından məyusuq. Siyasətdən çox danışdıq, indi isə futboldan söhbət açmaq istəyirik”.

Goal.az-ın məlumatına görə, bunları İngiltərənin Arsenal komandasının futbolçusu Qranit Caka UEFA Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında söyləyib.

İsveçrəli yarımmüdafiəçi bildirib ki, baş məşqçi Unay Emerinin Avropa Liqasında yaxşı təcrübəsi var: “Unay Emerinin çox böyük təcrübəsi var. Avropa Liqasının kubokunu 3 dəfə qazanıb. Dördüncü kuboku ona hədiyyə etmək istəyirik. İlk dördlükdə olmağa layiqik. Finala tam hazır olmalıyıq. Bakıda və ya başqa yerdə oynamağın fərqi yoxdur”.

Qeyd edək ki, Arsenal mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi Chelsea ilə qarşılaşacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34155 səs