28/05/2019
20:45
1877
| A A A
Sarri: "Şanslar 50/50-yədir, bundan artıq deyil"

UEFA Avropa Liqasının final matçında Chelsea İngilətərənin digər təmsilçisi Arsenal-la qarşılaşacaq.

Goal.az xəbər verir ki, Chelsea-nin baş məşqçisi Maurisio Sarri oyunöncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İtaliyada deyirlər ki, bu, Chelsea-nin baş məşqçisi kimi son oyununuz olacaq...

- Chelsea ilə iki illik müqaviləm var. Hazırda yalnız final barədə düşünürəm. Qələbəyə layiqik və bunu etmək istəyirik. Futbolçularımız da yalnız final haqqında danışmalı olduğumu anlayırlar.

- Qələbə sizin üçün artıq vəsiqə qazandığınız Çempionlar Liqasına düşməkdən önəmlidir?

- Manchester City-yə Liqa Kubokunun finalında uduzduq. İndi isə Avropa Liqasının finalındayıq. Bizim üçün çox gözəl mövsüm oldu.

- Bəzi azarkeşlər Londondan Bakıya gələ bilmədilər. Bu barədə fikirləriniz necədir?

- Onların problemləri ilə bağlı UEFA-ya və klublara müraciət etməlisiniz. Düzdür, buna görə bir az məyusuq. Çalışacağıq qələbə qazanaq. Bu, azarkeşlər üçün hədiyyə olacaq.

- Bu final həyatınızın ən böyük anıdır?

- Məşqçi və jurnalist fərqli düşünə bilər. Bu suala cavabım oyundan sonra olacaq.

- Jiru Chelsea-də yaxşı mövsüm keçirib. O, daha əvvəl Arsenal-ın formasını geyinib. Sabah start heyətində yer alacaq?

- Jiru yaxşı mövsüm keçirib. Amma hələ qərar verməmişəm. Mənim üçün mövsümün əvvəli çox çətin idi. Ancaq fevraldan futbolçular dəyişməyə başladılar. Bəlkə də mən dəyişdim.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33190 səs