28/05/2019
23:22
9709
| A A A
Chelsea-nin final öncəsi son məşqində insident yaşandı - FOTOLAR

Chelsea Avropa Liqasının Arsenal-la keçiriləcək final matçı öncəsində xoşagəlməz situasiya ilə üzləşib.

Goal.az xəbər verir ki, bu gün oyundan əvvəl son məşqinə çıxan "zadəganlar"ın heyətində David Luislə Qonzalo Hiquain arasında insident yaşanıb. Toplu mübarizə zamanı Hiquain Luisin önünə keçib dirsəyi ilə onu itələyib. Bu futbolçuların mübahisəsi ilə nəticələnib.

Futbolçular arasında yaşanan mübahisəyə baş məşqçi Sarri kepkasını hirslə yerə çırpmaqla reaksiya verib.

Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Chelsea - Arsenal matçı saat 23:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34155 səs