29/05/2019
11:44
2091
| A A A
Bakıdakı Avropa Liqasının finalında anşlaq və yeni azarkeş rekordu olacaq

Bu gün Bakı Olimpiya Stadionunda Arsenal və Chelsea komandaları arasında keçiriləcək Avropa Liqasının final oyununda anşlaq olacaq.

Goal.az xəbər verir ki, hazırda satışda cəmi 100 bilet qalıb. Onların da gün ərzində satılacağı gözlənilir.

Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malik olsa da, UEFA-nın arenada quraşdırdığı studiyalar üzündən bu say 63 minə enib. Tribunalar tam dolacağı halda, bu, Avropa Liqasının (UEFA Kuboku) final oyunları tarixində rekord göstərici olacaq. Əvvəlki rekord göstərici 1999-cu ildə Rusiyanın paytaxtı Moskvada İtaliyanın Parma və Lazio komandaları arasında keçirilmiş final oyununda qeydə alınıb. 20 il əvvəlki qarşılaşmanı 62 min tamaşaçı izləyib.

Qeyd edək ki, matç saat 23:00-da başlanacaq.

(Report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17043 səs