29/05/2019
12:25
2522
| A A A
"Bakı gözlədiyimdən də gözəl və müasirdir" - Arsenal-ın 72 yaşlı azarkeşi

"Uşaqlıqdan Arsenal azarkeşiyəm. Ev oyunlarının çoxunda iştirak edirəm. İndi isə final matçında komandama dəstək olmağa gəlmişəm".

Goal.az xəbər verir ki, bunu Chelsea komandası ilə keçirəcəkləri Avropa Liqasının final oyununu izləmək üçün Bakıda olan Arsenal-ın 72 yaşlı azarkeşi Tim Barri deyib.

Qocaman fanat sevimli komandasının avrokuboklardakı səfər qarşılaşmalarını da izləməyə çalışdığını bildirib: "Bacardığım qədər oyunlarda iştirak edirəm. 2006-cı ildə "Stad de France"də "topçular"ın İspaniya Barcelona-sı ilə keçirdiyi Çempionlar Liqasının finalına da canlı baxdığını xatırladıb: "Həmin vaxt Arsenal uduzmuşdu. Ümid edirəm ki, bu dəfə sevinən tərəf biz olacağıq".

Barri Bakını gözlədiyindən daha yaxşı şəhər kimi dəyərləndirib: "Bura oğlumla birgə gəlmişəm, o da Arsenal azarkeşidir. London və Bakı arasındakı məsafə uzundur, səyahət yorucudur. Üstəlik, bura Almaniyadan gəldik. Hələ şəhəri gəzməyə çox da imkanım olmayıb, amma gördüklərimə əsasən deyə bilərəm ki, şəhər gözlədiyimdən daha gözəl və müasirdir".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17616 səs