29/05/2019
12:00
6121
| A A A
Bakıda Arsenal və Chelsea azarkeşləri arasında dava düşdü - Yaralananlar var!

Bakıda Avropa Liqasının final oyunundan əvvəl Arsenal və Chelsea-nin bir qrup azarkeşi arasında dava olub.

Goal.az xəbər verir ki, insident "Torqovı"dakı pivəxanaların birində baş verib.

Nəticədə Arsenal-ın 54 yaşlı azarkeşi Grogery Kilroe döyülüb. Onun başına butulka ilə zərbə vurulub. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması saat 23:00-da başlanacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33190 səs