29/05/2019
16:25
2437
| A A A
Sarri 20 ildən sonra ilk italyan ola bilər

Bakıda keçiriləcək Avropa Liqasının final oyunu Chelsea-nin baş məşqçisi Mauritsio Sarri üçün əlamətdar ola bilər.

Goal.az xəbər verir ki, "zadəganlar" həlledici görüşdə Londonun digər təmsilçisi Arsenal-ı məğlub etsə, 20 ildən sonra ilk dəfə italiyalı baş məşqçi turnirin qalibi olacaq.

Son olaraq 1998/1999 mövsümündə Alberto Malezani bu uğuru təkrarlaya bilib. O, Parma ilə finalda İtaliya Lazio-sunu 3:0 hesabı ilə məğlub edərək titula sahib olub.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40153 səs