29/05/2019
16:53
3203
| A A A
Bakıdakı finalı Ermənistan da canlı yayımlayacaq - YENİLƏNİB

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı oyunu Azərbaycan da daxil olmaqla, dünyanın 204 ölkəsində canlı yayımlanacaq.

Goal.az xəbər verir ki, İngiltərənin Arsenal və Chelsea komandaları arasında baş tutacaq matç Avropanın 48 ölkəsində nümayiş olunacaq.

Rusiyada Bakıdakı finalı “Matç TV” göstərəcək. Ermənistanda isə “Shant TV” Bakıdakı finalı canlı yayımlayacaq.

Avropadan kənarda isə 156 ölkənin vətəndaşları qarşılaşmaya canlı baxa biləcəklər. “Sport 24” telekanalı finalı hava və su nəqliyyatında canlı yayımlamaq hüququna malikdir.

İndiyədək ölkəmizdə canlı yayımlar telekom vasitəsilə, yəni telefon xətləri ilə həyata keçirilirdi. Lakin final oyunundan etibarən canlı yayımın bir hissəsi internet vasitəsilə reallaşdırılacaq. Stadionda yüksək sürətli fiberoptik internet xətti çəkilib. Məhz buna görə AoIP (Audio-over IP) sistemlər tətbiq olunacaq. Beləliklə, səs canlı efirdə məhz internet kanalları vasitəsilə bütün canlı yayım şirkətlərinə göndəriləcək. Bu yenilik bundan sonra Avropanın ali futbol qurumunun təşkil etdiyi tədbirlərdə də istifadə olunacaq.

Azərbaycanda finalı “CBC Sport” yayımlayacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33190 səs