30/05/2019
00:50
3123
| A A A
Bakı finalının qalibi: Chelsea - FOTOLAR

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçirilib.

Goal.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada İngiltərənin Arsenal və Chelsea komandaları üz-üzə gəliblər.

 Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadasınln idarə etdiyi qarşılaşmanın saat 23:00-da start götürüb.

Oyunun ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Oyunun ikinci hissəsi qolla başlayıb. Olivye Jiru 49-cü dəqiqədə baş zərbəsi ilə sabiq klubunu cəzalandırıb - 1:0.

11 dəqiqə sonra Chelsea hesab arasındakı fərqi artırıb. Pedro Arsenal-ın qapısından ikinci qolu keçirib - 2:0.

Arsenal özünə gəlməmiş qapısında üçüncü qolu görüb. Komandada son oyununu keçirən Peter Çexi Eden Hazard penaltidən vurduğu qolla məyus edib - 3:0.

3 dəqiqə sonra Andre Kristensen vurulan qollardan birinin əvəzini çıxıb - 3:1.

Arsenal-ın sevinci uzun sürməyib. Bu oyundan sonra Real-a keçəcəyi gözlənilən Hazard özünün ikinci, komandasının 4-cü qolunu vurub - 4:1. 1 qol ötürməsi olan belçikalı ulduz matçın ən yaxşı oyunçusu seçilib.

Oyunda başqa qol olmadı. Chelsea əzəli rəqibi üzərində 4:1 hesablı qələbə ilə Avropa Liqası kubokunu qazandı.

Bu çempionluq Chelsea-nin italyan baş məşqçisi Mauritsio Sarri üçün də əlamətdar olub. "Zadəganlar"ın həlledici görüşdə Arsenal-ı məğlub etməsi ilə, 20 ildən sonra ilk dəfə italiyalı baş məşqçi turnirin qalibi olub. 

Son olaraq 1998/1999 mövsümündə Alberto Malezani bu uğuru təkrarlaya bilib. O, Parma ilə finalda İtaliya Lazio-sunu 3:0 hesabı ilə məğlub edərək titula sahib olmuşdu.
Zeynəb Əliyeva

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34155 səs