30/05/2019
18:00
4210
| A A A
UEFA finala gələn azarkeş sayını açıqladı

Avropa Liqasının dünən Bakıda keçirilən final oyununu stadiondan izləyən azarkeşlərin sayı açıqlanıb.

Goal.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Chelsea - Arsenal matçının (4:1) oynanıldığı Bakı Olimpiya Stadionuna 51370 nəfər tamaşaçı toplaşıb. Bu, son 10 ildə Avroliqa finallarında azarkeş sayına görə ən yaxşı üçüncü göstəricidir. İlk iki yerdə isə müvafiq olaraq, ötən il Lionda keçirilən Marseille - Atletico (0:3, 55768 tamaşaçı) və 2012-ci ildə Buxarestdə olan Atletico - Athetic (3:0, 52347 tamaşaçı) finalları qərarlaşıb.

Qeyd edək ki, BOS-un azarkeş tutumu 68700 nəfərdir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17614 səs