31/05/2019
14:46
9729
| A A A
Avropa Liqası finalında BOS-da boş yerlərin çox olmasına səbəb nə olub?

"Biz ArsenalChelsea-nin Bakıya təkcə Londondan gələn fanatlarının deyil, digər ölkələrdən də gələn əcnəbi turistlərin sayını çox müsbət qiymətləndiririk. Boş yerlərin çoxu frankfurtlu azarkeşlərə məxsus idi. Onlar biletləri çoxdan almışdılar. Amma Eintracht finala yüksələ bilmədi. Biz onların həmin biletləri sata bilməmələrindən o qədər də məyus deyilik".

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda keçirilmiş Avropa Liqasının final matçı barədə danışarkən deyib. E.Məmmədovun fikrincə, Almaniya klubunun azarkeşləri həmin biletləri özlərində saxlamağı və ya sadəcə, onları UEFA-ya qaytarmamağı qərara alıblar. O, final oyununda 30 min əcnəbi və 22 min yerli tamaşaçının olduğunu bildirib: "Şəhərdə əsl bayram idi. Bu, oyunöncəsi London küçələrini xatırladırdı. Arsenal və Chelsea-nin yaxşı fanat publikası var idi. Oyunöncəsi əyləncələr də yaxşı təşkil olunmuşdu. Stadionda gözəl proqram hazırlanmışdı. Açılış mərasimi çox yaxşı keçdi. Deməzdim ki, bundan artıq nə isə etmək olar. Amma gecənin ab-havasını daha da yüksəltmək üzərində düşünəcəyik".

AFFA rəsmisi tənqidlərə baxmayaraq, Bakının özünü yaxşı tərəfdən göstərməsinə sevindiyini vurğulayıb. E.Məmmədovun fikrincə, bu, 2020-ci ildə Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa çempionatının qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu öncəsi yaxşı sınaq idi: "Biz bütün nəqliyyatı və təşkilati işləri sınaqdan çıxardıq. Bununla bağlı analizlər aparacağıq. Amma təşkilatçılığa dair mənfi hesabat olmayıb. Bu, böyük hadisə, Bakının nələrə qadir olmasının yaxşı göstəricisi idi".

Qeyd edək ki, Avropa Liqasının final matçında Chelsea Arsenal-a böyük hesabla qalib gəlib - 4:1. (report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17617 səs