01/06/2019
10:00
1911
| A A A
Chelsea-nin qapıçısı karyerasını başa vurdu

Bakıda Avropa Liqasının qalibi olan Chelsea-nin qapıçısı Robert Qrin karyerasını başa vurub.

Goal.az xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper Twitter hesabında məlumat yayıb:

“Bakıda möhtəşəm bir axşam və 23 illik karyeramdan sonra futbolla vidalaşmağa qərar verdim. Bütün məşqçilərə və azarkeşlərə təşəkkür edirəm”.

Robert Qrin Chelsea-nin üçüncü qapıçısı idi. 2018-ci ilin yayında azad agent kimi London təmsilçisinə keçən ingilis qolkiper heç bir rəsmi qarşılaşmada iştirak etməyib. Qrin 12 dəfə İngiltərə millisinin də formasını geyinib.

Xatırladaq ki, Chelsea-nin 4:1 hesablı qələbəsiylə yekunlaşan Avropa Liqasının final oyunundan sonra Arsenal-ın qapıçısı Petr Çex də karyerasını başa vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17041 səs