19/06/2019
10:51
1957
| A A A
Speranta - Neftçi matçının stadionu da dəyişdirildi

Neftçi-nin Moldovada Speranta komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.

Goal.az xəbər verir ki, qarşılaşma iyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda təşkil olunacaq.

Nisporenı klubunun rəhbərliyi öncədən görüş üçün Orgeyevdəki idman kompleksini sifariş etsə də, Petrocub-un ilk görüşünü səfərdə keçirməsinə dair UEFA-nın qərarından sonra Speranta paytaxt stadionunda oynamağa qərar verib.

Cavab görüşü iyulun 18-də "Bakcell Arena"da olacaq.   

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36502 səs