28/06/2019
14:35
4622
| A A A
Milan avrokubokdan uzaqlaşdırıldı

Milan klubu 2019/2020 mövsümündə avrokubokda çıxış etməyəcək.

Goal.az xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb. İtaliya təmsilçisi maliyyə "fair-play" qaydalarını pozduğu üçün sanksiyaya məruz qalıb.

Qeyd edək ki, Milan 2018/2019 mövsümündə A Seriyasını 5-ci sırada başa vurub və Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.

Bir müddət əvvəl Milan-ın turnirə qatılmaqdan imtina etdiyi bildirilmişdi. UEFA ötən ilin sonlarında İtaliya klubunu avrokubokdakı gəlirlərdən məhrum etmişdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36489 səs