Səbail-in avrokubok matçına biletlər satışa çıxarıldı
Səbail-in UEFA Avropa Liqasının I təsnifat mərhələsində Universitatea Craiova ilə ilk görüşünün biletləri satışa çıxarılıb.
Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunun biletlərini iticket.az saytından əldə etmək olar. Biletlərin qiyməti 1-3 manat təşkil edir.
Qeyd edək ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək Səbail - Universitatea Craiova matçı 20:00-da başlayacaq.