09/07/2019
09:52
749
| A A A
Səbail-in avroliqa matçında hakim dəyişikliyi

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Səbail və Rumıniyanın Universitatea (Krayova, Rumıniya) komandaları arasında keçiriləcək ilk matçın hakim təyinatlarında dəyişiklik edilib.

Goal.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma maltalı hakimlər briqadasına həvalə olunub. Onlar finlandiyalıları əvəzləyiblər. Fyodor Zammitin idarə edəcəyi matçda Duncan Sultana, Theodore Zammit köməkçi hakim olacaqlar. Dördüncü hakim də maltalı Mario Apapdır. Matçın UEFA nümayəndəsi Patrik Wattebled (Fransa) hakim-inspektoru Miroslav Vitkoviçdir (Xorvatiya).

Qeyd edək ki, iyulun 11-də Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36495 səs