09/07/2019
20:31
1269
| A A A
Azərbaycanlı referi UEFA-dan yeni təyinat alıb

Azərbaycanlı FİFA referisi Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb.

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Həsənov Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək "Spartak" (Trnava, Slovakiya) – "Radnik Byelina" (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.

Onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36489 səs