10/07/2019
11:09
1057
| A A A
Universitatea Səbail-lə oyunlar üçün heyəti açıqladı

Rumıniyanın Universitatea klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində Səbail komandası ilə keçirəcəyi oyunlar (11-18 iyul) heyətini açıqlayıb.

Goal.az Krayova təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Korneliu Papure siyahıya 27 futbolçu – 3 qapıçı, 10 müdafiəçi, 7 yarımmüdafiəçi və 7 hücumçu daxil edib. Onlardan 8-i legionerdir.

Qapıçılar: Mirko Pilyatselli (İtaliya), Laurentsiu Popesku, Andrey Marinesku.

Müdafiəçilər: Nikuşor Banku, Stefan Akka (Kot dİvuar), Florin Bornya, Marius Briçaq, Tyaqo Ferreyra (Portuqaliya), Florin Qardoş, Raul Hrenyuk, Renato Keliç (Xorvatiya), İvan Martiç (İsveçrə), Ştefan Vledoyu.

Yarımmüdafiəçilər: Aleks Sikaldeu, Antoni İvanov (Bolqarıstan), Aleksandru Mateyu, Kamer Qaka (Albaniya), Marian Şerban, Boqdan Vetejelu, Vasile Konstantin.

Hücumçular: Aleksandru İonitse, Raul Bayku, Kristian Barbux, Karlos Fortes (Portuqaliya), Valentin Mixayla, Mixay Roman, Ştefan Bayram.

Xatırladaq ki, sabah “ASCO Arena”da keçiriləcək Səbail - Universitatea oyunu saat 20:00-da başlayacaq. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21589 səs