11/07/2019
09:43
1751
| A A A
Neftçi və Səbail Avropa Liqasında ilk oyununu keçirir

Bu gün 2 komandamız UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.

I təsnifat mərhələsinin ilk görüşündə Neftçi səfərdə Sperantsa-nın (Moldova) qonağı olacaq.

Səbail isə avrokubok debütündə doğma meydanda Rumıniyanın Universitatea (Krayova) klubunu qəbul edəcək.

Avropa Liqası 

I təsnifat mərhələsi

İlk oyunlar

11 iyul

20:00. Səbail (Azərbaycan) - Universitatea (Krayova, Rumıniya)

Baş hakim: Fyodor Zammit

Baş hakimin köməkçiləri: Dankan Sultana, Teodore Zammit

Dördüncü hakim: Mario Apap

(Hakimlər briqadası Maltadandır)

UEFA nümayəndəsi: Patrik Uottebled (Fransa)

Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)

Bakı, "ASCO Arena"

21:00. Speransa (Moldova) - Neftçi (Azərbaycan)

Baş hakim: Tim Marşal

Baş hakimin köməkçiləri: Pol Robinson, Odri Neteri

Dördüncü hakim: Tomas Entoni Klark (Hakimlər briqadası Şimali İrlandiyadandır)

UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna)

Hakim-inspektor: Gevorq Hovannisyan (Ermənistan)

Kişinyov, "Zimbru" stadionu

Səbail - Universitatea matçı CBC International, Sperantsa - Neftçi görüşü isə CBC Sport telekanalları ilə canlı yayımlanacaq. 

Komandalar arasında cavab oyunları bir həftə sonra olacaq. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36505 səs