11/07/2019
21:50
3469
| A A A
Səbail-in avrokubok debütü uğursuz alındı - FOTOLAR

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Goal.az xəbər verir ki, avrokuboklarda debüt edən Səbail  doğma meydanda Rumıniyanın Universitatea (Krayova) klubunu qəbul edib.

Oyun qonaqların üstünlüyü ilə başlayıb. Aleksandru Mateu 12-ci dəqiqədə hesabı açıb - 0:1.

Image may contain: one or more people, people playing sports and outdoor

Səbail Ağabala Ramazanovun 33-cü dəqiqədə vurduğu azərbaycansayağı qolla hesaba tarazlıq gətirib - 1:1.

Image may contain: 2 people, people playing sports and outdoor

Komandalar fasiləyə bərabərliklə yollanıblar.

İkinci hissəyə də üstün başlayan tərəf qonaqlar oldu. Nikosor Banku 52-ci dəqiqədə qonaqları ikinci dəfə hesabda önə çıxardı - 1:2. 

Image may contain: 3 people, people playing sports and outdoor

67-ci dəqiqədə Universitatea hesab arasında fərqi 2 topa yüksəldib. Mixayi Roman qonaqların üçüncü qolunun müəllifi olub.

Ağabala Ramazanov 82-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb - 2:3.

Oyunda başqa qol vurulmayıb.

Komandalar arasında cavab oyunu 1 həftə sonra keçiriləcək.

Zeynəb Əliyeva

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36489 səs