12/07/2019
09:33
4135
| A A A
Azərbaycanın aktivinə ən çox xalı Neftçi yazdırdı

Azərbaycan klubları avrokuboklarda I təsnifat mərhələsinin ilk oyunlarını 0,375 reytinq xalı ilə başa vurublar.

Bu xallardan 0,250-ni Neftçi komandası qazanıb. Flaqman Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə Sperantsa-nı Moldovada 3:0 hesabı ilə məğlub edib. 0,125 xalı isə aktivinə Qarabağ yazdırıb. 

Ağdam klubu Albaniyada Partizani ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşünü heç-heçə ilə başa vurub - 0:0. Əvəzində Səbail evdə Rumıniyanın Universitatea (Krayova) komandasına 2:3 hesabı ilə uduzduğu üçün reytinq xalı qazana bilməyib.

Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-yə çatdırsa da, 26-cı pillədə qalıb. 25-ci pillədə isə 16,750 xalla Qazaxıstan qərarlaşıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36489 səs