25/07/2019
22:54
2817
| A A A
Neftçi səfərdə Arsenal-ı məğlub etdi

Futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına keçirilir.

Goal.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən olan “Neftçi” də bu gün növbəti oyununa çıxıb. “Ağ-qaralar” səfərdə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb. “Arsenal”ın mərkəzi stadionunda keçirilən görüş “Neftçi”nin qələbəsiylə başa çatıb.

Komandalar arasında cavab oyunu avqustun 1-də keçiriləcək.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

25 iyul

Arsenal (Tula, Rusiya) – Neftçi 0:1

Qol: Dario Federiko, 45+1.

Baş hakim: Enea Yorçi (Albaniya)

money.az currency