26/07/2019
13:18
1923
| A A A
Neftçi – Arsenal: Təyinatlar açıqlandı

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Arsenal” (Tula, Rusiya) matçının təyinatları açıqlanıb.

Goal.az “Neftçi”nin saytına istinadən xəbər verir ki, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək. UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.

“Neftçi” – “Arsenal” matçı avqustun 1-də, 8-ci km stadionunda keçiriləcək. Komandalar arasında keçirilən ilk görüşdə “ağ-qaralar” 1:0 hesabıyla qələbə qazanıb.

money.az currency