02/08/2019
14:45
3726
| A A A
Neftçi-nin pley-offdakı potensial rəqibləri bilindi

"Neftçi"nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

Bu isə "Neftçi"nin avqustun 5-də keçiriləcək püşkatmada nisbətən reytinqi yüksək olan, səpələnmişlər səbətindəki komandalardan biri ilə düşəcəyi deməkdir.

"Neftçi" - "Bney Yehuda" cütünün potensial rəqibləri:

“Hoqesun” (Norveç) – PSV (Hollandiya)

“Sparta” (Çexiya) – “Trabzonspor” (Türkiyə)

“Antverpen” (Belçika) - “Viktoriya” (Çexiya)

“Brondbü” (Danimarka) – “Braqa” (Portuqaliya)

AEK (Kipr) – “Gent” (Belçika)

“Legiya” (Polşa) – “Atromitos” (Yunanıstan)

“Vaduts” (Lixtenşteyn) – “Ayntraxt” (Almaniya)

“Styaua” (Rumıniya) – “Mlada Boleslav” (Çexiya)

“Feyenoord” (Hollandiya) – “Dinamo" (Gürcüstan)

“Lütsern” (İsveçrə) – “Espanyol” (İspaniya)

“Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina)

“Partizan” (Serbiya) – “Yeni Malatyaspor” (Türkiyə)

“Pünik” (Ermənistan) – “Vulverhempton” (İngiltərə)

Qeyd edək ki, UEFA-nın qərarına əsasən Ermənistan klubları Azərbaycan, Rusiya klubları isə Ukrayna təmsilçiləri ilə qarşılaşa bilməz.

money.az currency