03/08/2019
12:49
3251
| A A A
Neftçi-nin Bnei Yehuda ilə oyunlar üçün heyəti açıqlandı

“Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Goal.az xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb:

Qapıçılar: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov;

Müdafiəçilər: 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 18.Tural Axundov, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 51.Mehmet Serin, 85.Şöhrət Yusifov;

Yarımmüdafiəçilər: 7.Namiq Ələskərov, 8.Emin Mahmudov, 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 28.Stiven Jozef-Monroz, 33.Turan Vəlizadə, 36.Mamadu Kane, 37.Vüsal Əsgərov, 80.İsmayıl Zülfüqarlı, 93.Soni Mustivar;

Hücumçular: 9.Baqali Dabo, 19.Rauf Əliyev

“Neftçi” – “Bney Yehuda” matçı avqustun 8-də, 8-ci km stadionunda keçiriləcək. Komandalar arasındakı cavab matçı isə ayın 15-də Tel-Əvivdə olacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

money.az currency