03/08/2019
14:15
4261
| A A A
Qarabağ və Neftçi-nin potensial rəqibləri açıqlandı

UEFA Avropa Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimi üçün səbətlərin tərkibini açıqlayıb.

Goal.az-ın məlumatına görə, qruplara gedən yolun sonuncu mərhələsində Azərbaycanı iki klub təmsil edə bilər. Bu, "Qarabağ" Kipr APOEL-ini keçə bilməyəcəyi, "Neftçi"nin isə İsrail "Bney Yehuda"sını üstələyəcəyi halda baş verəcək.

"Qarabağ" Çempionlar Yolunda daha yüksək reytinqlilərin yer aldığı səpələnmişlər səbətinə düşəcək. Rəqib isə yenidən İrlandiya "Dandolk"u ola bilər:

"Sutyeska" (Monteneqro) / "Linfild" (Şimali İrlandiya) cütünün qalibi

"Lüdoqorets" (Bolqarıstan) / TNS (Uels) cütünün qalibi

"Sarayevo" (Bosniya və Herseqovina) / BATE (Borisov, Belarus) cütünün qalibi

"Astana" (Qazaxıstan) / "Valletta" (Malta) cütünün qalibi

"Slovan" (Bratislava, Slovakiya) / "Dandolk" (İrlandiya) cütünün qalibi

"Neftçi" isə Liqa Yolunda "Bney Yehuda"nı üstələyəcəyi halda, səpələnmişlər səbətindəkilərdən biri ilə qarşılaşacaq:

"Antverpen (Belçika) / "Viktoriya" (Plzen, Çexiya) cütünün qalibi

"Bröndbü" (Danimarka) - "Braqa" (Portuqaliya) cütünün qalibi

"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Frankfurt, Almaniya) cütünün qalibi

"Malmö" (İsveç) / "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

"Partizan" (Serbiya) / "Malatyaspor" (Türkiyə) cütünün qalibi

Püşkatma mərasimi avqustun 5-də Bakı vaxtı ilə saat 15:30-da başlanacaq.

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın APOEL səddini keçəcəyi təqdirdə, səpələnmişlər səbətindəki cütlərdən birinin qalibi ilə qarşılaşacağı açıqlanıb:

PAOK (Yunanıstan) / "Ayaks" (Hollandiya)

ÇFR (Kluj, Rumıniya) / "Seltik" (Şotlandiya)

"Srvena Zvezda" (Serbiya) / "Kopenhagen" (Danimarka)

"Dinamo" (Zaqreb, Xorvatiya) / "Ferentsvaroş" (Macarıstan)

Püşkatma mərasimi avqustun 5-də saat 14:00-da başlanacaq. 

Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar 20-21 avqust və 27-28 avqustda, Avropa Liqasında isə müvafiq olaraq, 22 avqust və 29 avqustda keçiriləcək. İlk matçlar adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.   

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28686 səs