04/08/2019
20:03
1497
| A A A
Neftçi – Arsenal matçının ən yaxşısı bəlli oldu

“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Arsenal” (Tula) klubuna qarşı keçirdiyi cavab matçının ən yaxşıları məlum olub.

Goal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə başa çatan matçın ən yaxşısı Dario Federiko olub.

“Neftçi” – “Arsenal” oyunu üçün “InStat”ın göstəricilərindən bəzilərini təqdim edirik:

Oyunun ən yaxşı indeksə malik futbolçusu: Dario Frederiko – 316

Çərçivəyə ən çox zərbə vuran: Rauf Əliyev, Dario Frederiko, Mamadu Mbodj – 1

Ən çox dəqiq ötürmə verən: Ömər Buludov – 21

İkili mübarizədən ən çox qalib ayrılan: Voyislav Stankoviç – 17

Ən çox cərimə qazandıran: Stiven Jozef-Monroz – 4

Qapıçının seyvi: 1

Səfərdə baş tutan ilk oyunda da 1:0 hesablı qələbə qazanan “Neftçi” Avroliqanın 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. “Ağ-qaralar” növbəti mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə mübarizə aparacaq.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28685 səs