05/08/2019
10:14
1734
| A A A
Avroliqa: Qarabağ və Neftçi-nin "pley-off"da potensial rəqibləri müəyyənləşir

Bu gün UEFA Avropa Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:30-da başlanacaq. Qruplara gedən yolun sonuncu mərhələsində Azərbaycanı iki klub təmsil edə bilər.

Qarabağ Kipr APOEL-ini keçə bilməyəcəyi, Neftçi isə İsrail Bnei Yehuda-sını üstələyəcəyi halda baş verəcək.

Qarabağ Çempionlar Yolunda daha yüksək reytinqlilərin yer aldığı səpələnmişlər səbətinə düşüb. Rəqib səpələnməmişlər səbətindəki 5 cütlükdən birinin qalibi olacaq:

Sutjeska (Monteneqro) / Linfield (Şimali İrlandiya) cütünün qalibi

Ludogorets (Bolqarıstan) / TNS (Uels) cütünün qalibi

Sarayevo (Bosniya və Herseqovina) / BATE (Borisov, Belarus) cütünün qalibi

Astana (Qazaxıstan) / Valletta (Malta) cütünün qalibi

Slovan (Bratislava, Slovakiya) / Dundalk (İrlandiya) cütünün qalibi

Neftçi isə Liqa Yolunda Bney Yehuda"nı üstələyəcəyi halda, səpələnmişlər səbətindəkilərdən biri ilə qarşılaşacaq:

Antverpen (Belçika) / Viktoria (Plzen, Çexiya) cütünün qalibi

Brondby (Danimarka) - Braga (Portuqaliya) cütünün qalibi

Vaduts (Lixtenşteyn) - Eintracht (Frankfurt, Almaniya) cütünün qalibi

Malmo (İsveç) / Zrinjski (Bosniya və Herseqovina) cütünün qalibi

Partizan (Serbiya) / Malatyaspor(Türkiyə) cütünün qalibi

Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar 22 avqustda, cavab görüşləri 29 avqustda keçiriləcək. İlk matçlar püşkatmadan sonra adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28685 səs