08/08/2019
09:38
2104
| A A A
Neftçi Bnei Yehuda-nı qəbul edir

Neftçi bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin ilk matçı çərçivəsində İsrailin Bnei Yehuda klubunu qəbul edəcək. “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da start götürəcək.

Mübarizəyə I təsnifat mərhələsindən qoşulan Neftçi əvvəlcə Moldovanın Sperantsa, ardınca Rusiyanın Arsenal klublarını mübarizədən kənarlaşdırıb.

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

21:00. Neftçi – Bnei Yehuda

Baş hakim: Kərim Abed

Bakı, “Bakcell Arena”

money.az currency