09/08/2019
11:19
1020
| A A A
Qəbələ ilə oyunda olan davranışlara görə cəzalandırıldılar

Gürcüstanın Dinamo (Tbilisi) komandasının Hollandiya Feyenoord-u ilə Avropa Liqasının III təsnifat mərhələsindəki cavab görüşü azarkeşsiz keçiriləcək.

Goal.az-ın məlumatına görə, bu barədə UEFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi Avropa Liqasının II təsnifat mərhələsində Qəbələ ilə cavab görüşü zamanı Dinamo azarkeşlərinin irqçi davranışları göstərilib. Qonşu ölkə klubuna 50 min avro cərimə də kəsilib.

Bundan başqa, Feyenoord-la oyun zamanı Boris Payçadze adına "Dinamo" stadionunda #EqualGame banneri asılmalıdır.

Qeyd edək ki, evdə Qəbələ-ni 3:0 hesabı ilə yenən Dinamo səfərdə Feyenoord-a uduzub - 0:4.

money.az currency