18/08/2019
18:40
1297
| A A A
UEFA Astana - BATE görüşünə azərbaycanlı göndərir

AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinin sədr müavini Orxan Hüseynzadə yeni təyinat alıb.

Goal.az xəbər verir ki, qitə futbol qurumu UEFA həmyerlimizi Avropa Liqasının pley-off görüşünə təyin edib.

Belə ki, Hüseynzadə avqustun 22-də Astanada baş tutacaq "Astana" - BATE (Belarus) qarşılaşmasında iş başında olacaq. O, ukraynalı hakimlər briqadasının idarə edəcəyi görüşdə UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Hüseynzadə iyulda Maltada keçirilmiş Valletta - Düdelange görüşünə də təyinat almışdı.(matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33740 səs