22/08/2019
10:39
1942
| A A A
Qarabağ - Linfield matçının biletləri satışa çıxarıldı

Qarabağ-ın UEFA Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın Linfield ilə Bakıda keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

Goal.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ən ucuz bilet 2 manatdır.

Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, avqustun 29-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç avqustun 22-də Belfastda reallaşacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33742 səs