23/08/2019
00:36
2727
| A A A
Qarabağ səfərdə məğlub oldu

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Goal.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi olan Qarabağ da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın Linfield klubu ilə qarşılaşıb. “Vindsor Park” stadionunda keçirilən qarşılaşmaya saat 22:45-də start verilib.

Qarabağ-ın heyətində cəzalı Riçard Almeyda ilə zədəli Rahil Məmmədov Linfield-lə qarşılaşmada forma geyinməyib. İtkilərə baxmayaraq, oyunda hesabı Ağdam klubu açıb. Amma qalan dəqiqələrdə 3 qol buraxan Azərbaycan çempionu meydanı məğlub tərk edib. “Qarabağ”ın gücü yalnız son saniyələrdə hesab arasındakı fərqi azaltmağa çatıb.

Komandalar arasındakı cavab oyunu avqustun 29-da keçiriləcək.

Avropa Liqası, pley-off mərhələsi, ilk oyun

Linfield – Qarabağ 3:2

Qol: Mark Stafford, 40. Şeyn Leyveri, 45+1; 75 – Faysal Rerras, 15. Maqaye Qeye, 90+3-pen.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33740 səs