29/08/2019
09:56
1435
| A A A
Qarabağ 6-cı dəfə Avroliqanın qrupuna yüksələ bilər

Qarabağ bu gün avrokubokda növbəti oyununa çıxacaq.

Goal.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu Linfield-i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Ötən həftə Belfastda reallaşan ilk qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər.

İlk matçı cəza səbəbindən buraxan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda sıraya dönüb. Həmçinin sol cinah müdafiəçisi Ailton Silva və dayaq yarımmüdafiəçisi Simeon Slavçev meydana çıxmağa tam hazırdırlar. 

Qarabağ səfərdə vurulan 2 qol sayəsində 1:0 və 2:1 hesablı qalibiyyətlərlə yoluna davam edə bilər. Bu baş verərsə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ardıcıl 6-cı dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazanmış olacaq. “Köhlən atlar” indiyədək Azərbaycan üçün rekord sayda - 1 dəfə Çempionlar Liqasının, 4 dəfə isə Avropa Liqasının qrupunda yer alıb.

Onu da qeyd edək ki, bu oyun Qurban Qurbanovun Avrokuboklarda 100-cü matçıdır.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Linfild” (Şimali İrlandiya)

Baş hakim: Sergey İvanov

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33740 səs