29/08/2019
21:57
2662
| A A A
Qarabağ növbəti dəfə Avropa Liqasının qrup mərhələsində!

Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulur.

Goal.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi olan Qarabağ da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın Linfield klubunu qəbul edib.

İlk oyunda rəqibinə 2:3 hesabıyla uduzan “köhlən atlar”, Linfield-i mübarizədən kənarlaşdıracağı təqdirdə, ardıcıl 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanacaqdı. Bunun üçün Ağdam klubuna hətta 1:0 hesablı qələbə də yetərli idi. Matçın əvvəlində erkən qolla hesabı açan Qurban Qurbanovun yetirmələri son dəqiqələrdə daha bir qol vurmaqla vacib qələbəyə seviniblər və 5-ci dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıblar.

Avropa Liqası, pley-off mərhələsi, cavab oyunu

Qarabağ – Linfield 2:1

Qol: Xayme Romero, 6. Abdulla Zubir, 88 – Şeyn Leyveri, 90+3.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33742 səs