05/09/2019
10:57
1409
| A A A
Dudelange Qarabağ-la matça ən ucuz bilet 75 avroya satacaq

Qarabağ-ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan Lüksemburqun Dudelange klubu qrup mərhələsinin oyunları üçün biletləri yüksək qiymətə satacaq.

Goal.az "5minutes" nəşrinə istinadən xəbər verir ki, 8 min azarkeş tutumuna malik "Jozi Bartel" stadionunda keçirilən oyunlara biletlər hər 3 matça abunə olan şəxslərə satılacaq. Bletlərin qiymətləri platformadan asılı olaraq görə 75-150 avro arasında dəyişəcək. Bütün abunələr satılmasa, qalan biletlər matç günlərində azarkeşlərə təqdim olunacaq.

Qeyd edək ki, Qarabağ qrup mərhələsində Dudelange-la ilk matçını oktyabrın 3-də səfərdə, cavab qarşılaşmasını isə dekabrın 12-də Tofiq Bəhramov adına respublika stadionunda keçirəcək. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33741 səs