24/09/2019
14:32
966
| A A A
UEFA Qarabağ-a qarşı intizam işi açdı

UEFA növbəti dəfə Qarabağ-a qarşı intizam işi açıb.

Avropa futbol qurumunun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya Sevilla-sı ilə ev matçında baş verənlərlə əlaqədardır.

Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada  meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. Sevilla-nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə "Çiçarito" ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq (Report).

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36018 səs