27/09/2019
11:19
1573
| A A A
Dudelange Qarabağ-la oyuna baş məşqçisiz çıxacaq

Bertran Krassonun müvəqqəti baş məşqçi olduğu Lüksemburq Dudelange-ındakı taleyinə Qarabağ-la keçirəcəkləri UEFA Avropa Liqasının II tur matçından sonra aydınlıq gələcək.

Klubun idman direktoru Sofian Benzuan düzgün qərarın verilməsi üçün daha bir həftə gözləmələrinin gərəkliyini açıqlayıb. Lakin, o, qərarın mütləq şəkildə nəticələrlə əlaqədar olmayacağını diqqətə çatdırıb. Benzuan Krassonun ən azı köməkçi-məşqçi kimi qalacağını əlavə edib.

Dudelange Avropa Liqasında qrup mərhələsinin startı ərəfəsində Emilio Ferreranı baş məşqçi postundan istefaya göndərib. Komanda müvəqqəti olaraq, Krassona tapşırılıb. Onun rəhbərliyi altında Dudelange ilk turda APOEL-i Kiprdə 4:3 hesabı ilə yenib. Lakin Lüksemburq Milli Divizionunun oyununda Petange-a 0:2 hesablı səfər məğlubiyyətindən sonra rəhbərlik baş məşqçi təyinatını təxirə salıb.

Qeyd edək ki, oktyabrın 3-də Lüksemburqdakı "Jozi Bartel" stadionunda keçiriləcək Dudelange - Qarabağ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36012 səs