03/10/2019
09:40
1083
| A A A
Qarabağ Avropa Liqasında növbəti oyununa çıxır

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti matçına çıxacaq.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi səfərdə Lüksemburqun “Düdelanj” klubu ilə üz-üzə gələcək.

Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşmada meydan sahibləri ardıcıl ikinci qələbəni qazanmağı hədəfləyibsə, “Qarabağ” ilk xal və xallarını əldə etməyə çalışacaq. Çünki ilk turda Ağdam klubu doğma meydanda İspaniya təmsilçisi “Sevilya”ya uduzubsa (0:3), “Düdelanj” səfərdə Kipr APOEL-inə qalib gəlib – 4:3.

Bu gün qrupun digər oyununda “Sevilya” doğma meydanda APOEL-lə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqası

A qrupu

23:00. Düdelanj - Qarabağ

Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).

Lüksemburq. “Jozi Bartel” stadionu.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36012 səs