25/10/2019
14:00
1365
| A A A
16 yaşlı qapıçıdan Avropa Liqası rekordu

Fransanın Rennais klubunun qapıçısı Pepe Bone UEFA Avropa Liqasında rekord müəyyənləşdirib. 

Goal.az xəbər verir ki, Konqo əsilli qolkiper qitəmiqyaslı yarışda 16 yaş 254 günlüyündə debüt edib. O, Rumıniya CFR-i ilə III tur matçının 8-ci dəqiqəsində meydana buraxılıb. Səbəb əsas qapıçı Eduard Mendinin qırmızı vərəqə alması olub. 

Bone Avropa Liqasının ən gənc qapıçısı ünvanına yiyələnib. 

Qeyd edək ki, Renn şəhərindəki "Stad de la Rut" stadionunda təşkil olunmuş qarşılaşma CFR-in qələbəsi ilə yekunlaşıb - 1:0. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39740 səs