25/10/2019
17:46
1214
| A A A
Kintana Avropa Liqasında ən yaxşılar arasında

Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunlarından sonra futbolçuların reytinq cədvəli açıqlanıb.

Goal.az qurumun saytına istinadən xəbər verir ki, cədvəldə Qarabağ-ın futbolçusu Dani Kintana ən yaxşılar arasında yer alıb. Belə ki, ispan yarımmüdafiəçi 5108 xalla AL-in qrup mərhələsinin ən yaxşı 2-ci oyunçusudur. 1-ci sırada Sevilla-dan Franko Vaskes (5542), 3-cü sırada isə “Latsio”dan Sergey Milinkoviç-Saviçdir (4931).

Dani Kintana Qarabağ-ın APOEL-lə 2:2 hesablı heç-heçə etdiyi 3-cü tur oyununda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39740 səs