28/02/2020
10:36
2100
| A A A
Avroliqanın təxirə salınan matçının vaxtı açıqlandı

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində fevralın 27-də Avstriya Salzburg-u ilə Eintracht Frankfurt klubları arasında keçirilməli olan cavab oyununun təxirə salındığını xəbər vermişdik.

Goal.az xəbər verir ki, artıq sözügedən matçın nə vaxt keçiriləcəyi bəllidi.

Salzburg-un rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma bu gün – fevralın 28-də keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.

Xatırladaq ki, sözügedən matç fırtına xəbərdarlığı səbəbindən təxirə salınmışdı. Belə ki, oyunun keçiriləcəyi şəhərdə küləyin sürəti saatda 120 km-ə çatdığı üçün qarşılaşmanın oynanılmamasına qərar verilmişdi.

Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə Eintracht rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8773 səs