11/03/2020
20:20
3518
| A A A
UEFA Avroliqanın iki qarşılaşmasını təxirə saldı - RƏSMİ

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin iki oyununu təxirə salıb.

Goal.az qurumun saytına istinadən xəbər verir ki, bunlar "Sevilla" - "Roma" və "İnter" - "Getafe" matçlarıdır. İtaliya və İspaniya arasında koronavirus səbəbindən səyahət məhdudiyyətinə görə bu qərarın qəbul edildiyi vurğulanıb.

Qeyd edək ki, hər iki görüşün yeni vaxtı yaxın zamanlarda müəyyənləşəcək.