12/03/2020
11:20
2551
| A A A
Avropa Liqasında 1/8 final mərhələsi start götürür

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə start veriləcək.

Goal.az xəbər verir ki, ilk olaraq 6 qarşılaşma oynanılacaq. UEFA Sevilla (İspaniya) - Roma (İtaliya) və İnter (İtaliya) - Getafe (İspaniya) oyunlarını təxirə salıb.

Daha 4 matç isə azarkeşsiz keçiriləcək. Bunlardan biri Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə Wolverhampton-unun Yunanıstanda Olympiacos-la səfər oyunu olacaq. LASK (Avstriya) - Manchester United (İngiltərə), Eintracht (Almaniya) - Basel (İsveçrə) və Wolfsburg (Almaniya) - Shakhtar Donetsk (Ukrayna) qarşılaşmaları da bağlı qapılar arxasında oynanılacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi Başakşehir isə İstanbulda Danimarkanın Kopenhagen komandasını qəbul edəcək. Yalnız bu və Rangers (Şotlandiya) - Bayer Leverkusen (Almaniya) görüşünə azarkeş buraxılacaq.

Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

12 mart

21:55. Eintracht Frankfurt (Almaniya) Basel (İsveçrə)

21:55. Başakşehir (Türkiyə) - Kopenhagen (Danimarka)

21:55. LASK (Avstriya) - Manchester United (İngiltərə)

24:00. Olympiacos (Yunanıstan) - Wolverhampton (İngiltərə)

24:00. Rangers (Şotlandiya) - Bayer Leverkusen (Almaniya)

24:00. Wolfsburg (Almaniya) - Shakhtar Donetsk ( Ukrayna)

Qeyd edək ki, cavab görüşləri martın 19-da olacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8549 səs