12/03/2020
16:42
5172
| A A A
İtaliya klubları UEFA prezidentinin təklifini rədd etdi

UEFA prezidenti Aleksandr Çeferin İtaliyanın “Roma” və “İnter” klublarından Avropa Liqasından çıxmalarını istəyib.

Goal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Çeferin, İtaliyada koronavirusun geniş yayılması və Avropa Liqası turnirinin davam etdirilməsi üçün “Roma” və “İnter”in mübarizədən çıxmasını istəyib. Ancaq italyanlar UEFA prezidentinin bu təklifini rədd ediblər.

Avropa Liqasında bu gün keçirilməli olan “Sevilya” – “Roma” və “İnter” – “Xetafe” matçları koronavirusa görə təxirə salınıb.

Çempionlar Liqasında İtaliyadan “Napoli”, “Atalanta” və “Yuventus” mübariz aparır. Hazırda koronavirusa görə turnirin dayandırılacağı iddia olunur.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8547 səs