Avropa Liqasında həftənin rəmzi heyəti açıqlandı
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
Goal.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə Avstriya LASK-ını səfərdə 5:0 hesabıyla məğlub edən Manchester United-dən 6 futbolçu yer alıb:
Qapıçı: Jonas Omlin (Basel);
Müdafiəçilər: Brandon Uilliyams, Luk Şou, Erik Bayi (hər üçün Manchester United), Eray Kyumart (Basel);
Yarımmüdafiəçilər: Çarles Aranqiz (Bayer Leverkusen), Fred, Daniel Ceyms (hər ikisi Manchester United), Samuele Kampo, Kevin Bua (hər ikisi Basel);
Hücumçular: Odion İqalo (Manchester United).
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR