Avropa Liqasında həftənin ən yaxşısı seçildi
UEFA Avropa Liqasında həftənin futbolçusu müəyyənləşib.
Goal.az xəbər verir ki, bu ada Bayer Leverkusen-in futbolçusu Leon Beyli layiq görülüb. 23 yaşlı hücumçu Hoffenheim-dən Maksimilian Bayeri, CSKA-dan (Sofiya) Ali Sounu və Tottenham-dən Covanni Lo Çelsonu qabaqlayıb.
Qeyd edək ki, Beyli 6-cı turda Slavia ilə matçda (4:0) dubla imza atıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR