Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.
Goal.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qrup mərhələsini adlayan 24 komanda və Çempionlar Liqasında 3-cü olan 8 klub püşkatmada 16 cüt təşkil edəcək. Tədbirdən öncə iştirakçılar iki səbətə bölünüb.
Qrup qalibləri və ÇL-də mübarizəni dayandırmış kollektivlərdən 4-ü səpələnmişlər, digərləri isə səpələnməmişlər səbətində yer alıblar. Azərbaycan çempionu Qarabağ-ın mübarizə apardığı I qrupundan Villarreal səpələnmişlər, Maccabi (Təl-Əviv) isə səpələnməmişlərdə olacaq.
Səpələnmişlər
Ajax (Niderland)
Brügge (Belçika)
Manchester United (İngiltərə)
Shakhtar Donetsk (Ukrayna)
Roma (İtaliya)
Arsenal (İngiltərə)
Bayer (Almaniya)
Rangers (Şotlandiya)
PSV (Niderland)
Napoli (İtaliya)
Leicester City (İngiltərə)
Milan (İtaliya)
Villarreal (İspaniya)
Tottenham (İngiltərə)
Dinamo Zagreb (Xorvatiya)
Hoffenheim (Almaniya)
Səpələnməmişlər
Dinamo Kiev (Ukrayna)
Krasnodar (Rusiya)
Olympiacos (Yunanıstan)
Salzburg (Avstriya)
Young Boys (İsveçrə)
Molde (Norveç)
Slavia (Çexiya)
Benfica (Portuqaliya)
Granada (İspaniya)
Real Sociedad (İspaniya)
Braga (Portuqaliya)
Lille (Fransa)
Maccabi (Təl-Əviv, İsrail)
Antverpen (Beçlika)
Wolfsberg (Avstriya)
Crvena Zvezda (Serbiya)
Qeyd edək ki, 1/16 finalın ilk oyunları 2021-ci il fevralın 18-də, cavab görüşləri 25-də keçiriləcək.