UEFA Villarreal - Qarabağ matçıyla bağlı qərarını verdi
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada Villarreal-la Qarabağ arasında keçirilməli olan, lakin Ağdam klubunda koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınan matçla bağlı qərarını açıqlayıb.
Goal.az xəbər verir ki, Azərbaycan çempionuna texniki məğlubiyyət verilib.
Bu nəticə komandaların I qrupundakı mövqelərinə təsir etməyib. Xallarının sayını 16-ya çatdıran La Liqa təmsilçisi zirvədə qalıb. Azərbaycan çempionu isə qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vurub.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da oynanılmalı idi.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR